Əsas Səhifə > Hadisə > Xəstələri rayondan Bakıya göndərən SƏBƏBLƏR

Xəstələri rayondan Bakıya göndərən SƏBƏBLƏR


23-07-2018, 18:49
Xəstələri rayondan Bakıya göndərən SƏBƏBLƏR


Bölgələrdə səhhəti ilə bağlı problem olan şəxslərdən böyük əksəriyyətinin Bakıya üz tutduğunun daim şahidi oluruq.

Sağlamlıq durumu ilə bağlı vəziyyəti azacıq ciddiləşən xəstələr dərhal rayon həkimlərindən “bakılıqdır” sözünü eşidir. Müasir standarlara cavab verən diaqnostoka mərkəzlərinin açılmasına, onların müasir aparatlarla təmin olunmasına baxmayaraq, bölgələrdə yanlış diaqnoz qoyma hallarına da tez-tez təsadüf edilir.

Rayonlardan gələn xəstələri Bakıda daha çox xərclər, həm də evdən uzaq olmaları səbəbindən əziyyət gözləyir. Bəzi xəstələr isə bu xərclərə görə, hətta müalicə almaqdan imtina etməyə məcbur olurlar.

Onu da əlavə edək ki, rayonda yaşayan nisbətən təminatlı ailələr İranda, bəzi hallarda Rusiyada müalicə almağa üstünlük verirlər.

Doğrudur, paytaxtdan da xarici ölkələrə üz tutanların sayı az deyil, Bakıda da həkimə müraciət edən hər xəstə tibb ocaqlarından məmnun qayıtmır, amma müqayisədə rayonlardakı vəziyyət daha acınacaqlıdır.

Həkim –terapeft Vasif Bağırov Cebhe.info-ya açıqlamasında bildirib ki, rayondakı həkimlərin savad səviyyəsinin aşağı olması orada rəabətin aşağı səviyyədə olması ilə əlaqədardır:
Xəstələri rayondan Bakıya göndərən SƏBƏBLƏR

“Bakıda həkimlərin ciddi rəqabəti var. Çünki, həkim sıxlığı da paytaxtdadır, buna görə də həkimlərin hazırlıq səviyyəsi yüksək olur”.

Vasif Bağırov hesab edir ki, bölgələrdəki vəziyyətin dəyişilməsi üçün tibb müəssisələrinin rəhbərlərinin həkimlər üzərində nəzarəti yüksək səviyyədə aparılmalıdır:

“Xəstəxana rəhbərləri həkimlərdən qoyduqları hər hansı səhv diaqnoz və ya səhv müalicənin hesabatını aparmırlar. Bu da həkimlərin hazırlığı ilə bağlı idarəetmə prosesində aparılmış səhvlərdir. Bu tipli səhvlər xəstələrə yardımın yarımçıq səviyyədə aparılmasına səbəb olur. Buna görə də xəstələr ya İrana qaçır, ya da Bakıya gəlirlər”.

Həkim hesab edir ki, Səhiyyə Nazirliyinin müalicə prafilaktika şöbələrinin rayonlarda baş verən ölüm faktlarııı – ana, uşaq ölümü, cərahiyyə əməliyyatlarında baş verən ölüm halları ilə bağlı böyük müzakirələr aparılmalıdır:

“Həkim bilməlidir ki, baş verən hansısa yanlışlıqla bağlı vəziyyət sabit ötüşməyəcək. Bunlar mütəmadi qaydada aparılsa, yəqin ki, problem olmaz” Cebhe.info


Rubrika.az

Geri qayıt