Əsas Səhifə > Dünya > Avropa üzünü Kremlə çevirir: Ağ Evdən NARAZILIQ
Avropa üzünü Kremlə çevirir: Ağ Evdən NARAZILIQ23-07-2018, 19:08 |
|
Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer, ABŞ və Avropa arasında iqtisadi müharibənin başladığını elan edib. O, qeyd edib ki, hər kəs ticarət savaşının dünya iqtisadiyyatının inkişafı üçün təhlükə yaradacağını çox gözəl anlayır. Fransalı nazir ABŞ-ı sağlam formada düşünməyi, qaydalara və öz müttəfiqlərinə hörmət etməyə çağırıb. Nazir əlavə edib ki, Ağ Ev ilk addımı atmasa, Avropa Komissiyasının ticarət dialoqu üzrə rəsmi təklifi ilə bağlı danışıqlar mümkün olmayacaq. Onun sözlərinə görə, Avropanın da cavab tədbirlərini tətbiq etməkdən başqa heç bir şansı qalmayacaq. Ekspertlər belə halın baş verəcəyi vəziyyətdə Avropa Birliyinin Rusiyaya tərəf meyllənəcəyini iddia edirlər. Ehtimallara görə, əgər Donald Tramp adminstrasiyası Avropanı sıxarsa qoca qitə heç nə gözləmədən qollarını Kremlin üzünə açacaq və bütün məsələlərdə Rusiya ilə əməkdaşlığa başlayacaq. Bu ehtimalları absurd hesab edən politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirdi ki, bu yalnız nəzəri cəhətdən mümkün ola bilər. Onun sözlərinə görə, ABŞ-la Avropa Birliyi arasında yaranmış bu haldan sonra Trampın sərsəm siyasətini axıra qədər davam etdirməyə imkan verməyəcəklər: "ABŞ-ın dərin dövlət deyilən qurumları var ki, Trampın bu cür axmaq siyasət yürütməsinə çox imkan verməyəcək. Avropa Birliyi olmadan ABŞ dünyada təklənə bilər. Bütövlükdə yeni dünya düzəninə, yəni liberal dəyərlərə söykənən yeni dünya üzərində məhv olub gedər. Ona görə mən bunu nəzəri cəhətdən mümkün ola bilər deyəndə təxmini mümkünlüyünü nəzərdə tuturam. Yəni praktiki cəhətdən bu alına bilməz. Ən çətin halda çətinlik yaranarsa Trampın özünü istefaya, impiçmentə göndərə bilərlər". D.Trampın siyasəti onu uçuruma aparır deyən analitik hesab edir ki, bunun qarşısı tez bir zamanda alınmazsa çox ciddi fəsadlara yol açacaq. Q.Hüseynlinin sözlərinə görə, rəsmi Vainqtonla Avropa Birliyi arasında iqtisadi müharibə bəllli bir həddən uzağa gedə bilməz: "Mən hesab edirəm ki, ABŞ və Avropa arasında iqtisadi müharibə müəyyən həddə qədər qızışa bilər. Çünki ABŞ Avropaya, elə Avropa da ABŞ-a lazmıdr. Ona görə də hansı formasından asılı olmayaraq Avropa Birliyi Rusiya istiqamətində gedə bilməz. Bu ona görə mümkün deyil ki, Rusiya Avropa Birliyini təhdid edir. Rusiya Avropa Birliyi üçün təhlükə mənbəyidir. Tramp kimi bir başı boşun siyasəti ilə dünya düzəni alt-üst ola bilməz. Bu mümkünsüzdür". Cebhe.info Rubrika.az Geri qayıt |