Əsas Səhifə > Hadisə > Göyçayda meşə massivi yanır
Göyçayda meşə massivi yanır23-07-2018, 21:57 |
|
Göyçayda "Surxay qalası” adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin meşə mühafizəçiləri cəlb edilib. Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir. Rubrika.az Geri qayıt |