Əsas Səhifə > İstisadiyyat > "TAP boru kəməri üzrə işlərin 75 faizi icra olunub" - Nazir
"TAP boru kəməri üzrə işlərin 75 faizi icra olunub" - Nazir23-07-2018, 22:16 |
|
"Trans-Adriatik” (TAP) boru kəməri üzrə işlərin 75 faizi icra olunub. Rubrika.az Publika.az -a istinaden xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib. "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP layihələri uğurla reallaşdırılıb və TAP boru kəməri üzrə işlərin 75 faizi icra olunub. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisinin nəzərdə tutulan vaxtda başa çatdırılması ilə "Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı və "Şahdəniz-2” qazının alıcısı Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi və tranzit rolu təmin ediləcək”, - deyə nazir əlavə edib. Qeyd edək ki, Cənub Qaz Dəhlizi və Azərbaycan qazı Bolqarıstan üçün mühüm əhəmiyyətə malikdir. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun vaxtında istismara hazır olacağı nəzərdə tutulur. Azərbaycan təbii qazı Bolqarıstanın qaza olan tələbatının 40 faizini təmin edəcək və dekarbonizasiyaya öz töhfəsini verəcək. Rubrika.az Geri qayıt |