Əsas Səhifə > Hadisə > Bakıda aptekə silahlı hücum
Bakıda aptekə silahlı hücum24-07-2018, 18:10 |
![]() İyulun 22-də saat 23 radələrində Nəsimi rayonundakı apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul oğurlaması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Rubrika.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum edilmiş Fuad Zeynallı olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |