Əsas Səhifə > Hadisə > Fransa prezidentinin başı cangüdəni ucbatından dərddə
Fransa prezidentinin başı cangüdəni ucbatından dərddə25-07-2018, 13:30 |
![]() 1 may nümayişçisinə qoçuluq edən Aleksandr Benalla şefini pis vəziyyətdə qoyub Fransa prezidenti Emmanuel Makron gözlənilmədən yeni qalmaqalla üzləşib. Dövlət başçısının nüfuzu əsl “arxadan vurulan zərbə” ilə sarsılıb. Çünki qalmaqal onun arxasında duran insanla, daha doğrusu, cangüdəni ilə bağlıdır. Belə ki, Emmanuel Makronun canını qorumaqla mükəlləf olan Aleksandr Benalla adlı şəxsi bu ilin mayın 1-də prezidentə etiraz edən bir nümayişçini əzişdirən yerdə görüblər. Qalmaqal “Le Monde” qəzetinin iyulun 18-də dərc etdiyi materialdan sonra qızışıb. Həmin videoda polislərin bir etirazçını sərt şəkildə saxladığı, onlardan birinin isə onun başından vuraraq yerə sərdiyi görünür. Jurnalistlər başında dəbilqə olsa da, hücum edən “polis”in Emmanuel Makronun yaxın ətrafında olan Aleksandr Benalla olduğunu dərhal müəyyən ediblər. Rubrika.Az Geri qayıt |