Əsas Səhifə > Hadisə > Maria Zaxarova Azərbaycana gəlib

Maria Zaxarova Azərbaycana gəlib


26-07-2018, 20:42
Maria Zaxarova Azərbaycana gəlib


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Azərbaycana gəlib.

Rubrika.az "Report"a istinaden verdiyi xəbərə görə, o, "Jara" Beynəlxalq Festivalında iştirak edir.

M.Zaxarova rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib.

Rusiya XİN-in sözçüsü deyib ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün Bakıya gəlib və müzakirələr sabah keçiriləcək.

"Bu gün Bakıda keçirilən festivaldan çox məmnunam", - M.Zaxarova bildirib.


Rubrika.az
Geri qayıt