Əsas Səhifə > Hadisə > Zülfüqarlı qardaşlarının zavodunda partlayış baş verdi
Zülfüqarlı qardaşlarının zavodunda partlayış baş verdi27-07-2018, 16:46 |
![]() Saray qəsəbəsində Zülfüqarlı qardaşlarına məxsus polad istehsalı sexində partlayış baş verib. İlkin məlumata görə, kəsim prosesi zamanı içərisində yanacaq olan dəmir çən partlayıb. Nəticədə, sexdə çalışan fəhlə - Masallı sakini Ağamalı Qurbanov həlak olub. Rubrika.az-ın Virtualaz.org-a istinadla əldə etdiyi informasiyaya görə, faciəvi hadisənin baş verdiyi kustar sex Zülfüqarlı qardaşlarının polad əridilməsi və armatur istehsalı üzrə qeyri-leqal müəssisələr şəbəkəsinə daxildir. Daha əvvəllər yazdığımız kimi, Zülfüqarlı qardaşları Azərbaycanda sistemli şəkildə qeyri-qanuni biznes təşkil ediblər. Hazırda bu şəbəkəyə dörd gizli sex daxildir. Həmin sexlərdə elementar təhlükəsizlik qaydalarına riayət olunmur və tez-tez bədbəxt hadisələr baş verir. Zülfüqarlı qardaşlarının sexlərində aşağı keyfiyyətli armatur, şveller, həmçinin kvadrat və düzbucaqlı profillərin istehsalı aparılır ki, bunlardan tikinti-inşaat işlərində istifadə edilir. Maraqlıdır ki, aşağı keyfiyyətinə baxmayaraq, bu kustar məhsullar indiyə kimi yeni yaşayış binalarının və dövlət müəssisələrinin tikintisində, həmçinin təmir işlərində istifadə olunur. Rubrika.az Geri qayıt |