Əsas Səhifə > Hadisə > Bakıda "plastik düyü" satışa çıxarıla bilər
Bakıda "plastik düyü" satışa çıxarıla bilər27-07-2018, 19:50 |
|
MDB ölkələrinin, xüsusən də Rusiyanın mağazalarında "Çin istehsalı plastik düyü”nün aşkarlanması bu süni məhsulun Azərbaycan bazarlarına düşmək təhlükəsindən xəbər verir. Rubrika.az xeber verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. "Böyük ehtimal var ki, bu məhsul bizim mağazalarda da satıla bilər. Diqqətli olmaq lazımdır. Plastik düyünün Rusiya mağazalarında peyda olması Azərbaycanın müvafiq qurumları üçün həyəcan siqnalı olmalıdır”, - deyə o, bildirib. Fürsətdən istifadə edərək, o müştəriləri sayıq olmağa və yalnız sınanmış düyü almağa çağırıb. Rubrika.az Geri qayıt |