Əsas Səhifə > Din > Hirkan Milli Parkında yanğın başlayıb - YENİLƏNİB

Hirkan Milli Parkında yanğın başlayıb - YENİLƏNİB


28-07-2018, 10:10
Hirkan Milli Parkında yanğın başlayıb - YENİLƏNİB

Hirkan Milli parkının ərazisində yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-də, saat 23:00 radələrində Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli Parkının ərazisinə keçib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.

Yanğının səbəbləri araşdırılır.

27 iyun, 23:01

Lənkəranda Hirkan Milli Parkının ərazisində yanğın başlayıb.

Rubrika.Az APA-ya istinadla xəbər verir ki, rayonun Şovu kəndinə yaxın ərazidə qeydə alınan yanğının söndürülməsinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi ilə yanaşı, mülkü əhali də cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Rubrika.Az
Geri qayıt