Əsas Səhifə > Hadisə > ABŞ-da qocalar evində atışma olub, ölənlər var

ABŞ-da qocalar evində atışma olub, ölənlər var


28-07-2018, 10:32
ABŞ-da qocalar evində atışma olub, ölənlər var

ABŞ-ın Texas ştatının Robstaun şəhərində fəaliyyət göstərən qocalar evində atışma olub.

Rubrika.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisinin nümayəndəsi Erasmo Flores bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər – iki qadın və bir kişi öldürülüb. Daha sonra yaxınlıqdakı binada daha 2 nəfərin meyiti aşkarlanıb. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Polis rəsmisi insidentin təfərrüatları barədə açıqlama verməyib.

Rubrika.Az
Geri qayıt