Əsas Səhifə > Hadisə > KTMT-nin erməni baş katibi zaminə buraxıldı

KTMT-nin erməni baş katibi zaminə buraxıldı


28-07-2018, 10:48
KTMT-nin erməni baş katibi zaminə buraxıldı

Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Yerevan məhkəməsinin qərarı ilə zaminə buraxılıb.

Rubrika.az bildirir ki, bu barədə onun vəkili Miqran Poqosyan bildirib.

Zaminə buraxma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib.

Poqosyanın sözlərinə görə, Xaçaturov Ermənistanı tərk edə bilməz.

İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb.

Rubrika.az
Geri qayıt