Əsas Səhifə > Hadisə > Xaçmazda ağır qəza: 2 ölü, 3 yaralı
Xaçmazda ağır qəza: 2 ölü, 3 yaralı28-07-2018, 11:26 |
![]() Xaçmaz rayonunun Muxtadır qəsəbəsi ərazisində 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, ölən şəxslər Qusar rayonunun Kuzunqışlaq kənd sakinləri-1980-ci il təvəllüdlü Sərkərov Simran Rasim oğlu və 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbaba oğludur. Yaralılar isə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Əlirzayev Müşfiq Nizami oğlu, Qusar rayonunun Kuzunqışlaq kənd sakinləri-1987-ci il təvəllüdlü Mustafayev Qorxmaz Şövkət oğlu və Babayev Nəcəf Akif oğludur. Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hər üçünə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi diaqnozu qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Rubrika.Az Geri qayıt |