Əsas Səhifə > Hadisə > İrəvanda müharibə qorxusu:Paşinyanın görüş istəyinin PƏRDƏARXASI
İrəvanda müharibə qorxusu:Paşinyanın görüş istəyinin PƏRDƏARXASI30-07-2018, 19:11 |
![]() Ermənistanın baş naziri Nikol Paşinyan “Al-Jazeera” telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ problemini şəxsən görüşərək müzakirə etməyə hazır olduğunu deyib. “Mən Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan prezidenti İlham Əliyevlə üz-üzə görüşməyə hazıram”,-deyən baş nazirin sözlərinə görə, danışıqlar ölkələr arasındakı sülh şəraitində mümkündür: “Bu münaqişəni sülh yolu ilə həll etmək üçün bizim gerçək iradəmiz və gerçək istəyimiz var. Biz danışıqlara hazırıq, amma təkid edirəm ki, biz qorxu mühitində heç nəyə nail olmayacağıq”. Ermənistan hökumətinin başçısı rəsmi Bakını Dağlıq Qarabağ ətrafındakı vəziyyəti gərginləşdirməkdə də ittiham edib. Qeyd edək ki, Nikol Paşinyan ötən həftə Azərbaycanla danışıqlara müəyyən şərtlər daxilində getməyə hazır olduğunu bildirmişdi. Onun fikrincə, münaqişənin nizamlanması prosesində ilk növbədə, Azərbaycan güzəştə getməlidir. Lakin son günlər Paşinyanın mövqeyində nisbi dəyişiklik müşahidə olunur. Əvvəlcə Türkiyə ilə sərhədləri açmağa hazır olduğunu söyləyən baş nazir indi də Azərbaycan prezidenti ilə birbaşa müzakirələr aparmağa razı olduğunu bildirir. Paşinyanın mövqeyində baş verən dəyişikliyin səbəblərinə gəlincə, ekspertlər bunu real hesab etmir. Rubrika.az xeber verir ki, Politoloq Natiq Miri Cebhe.info-ya bildirib ki, Paşinyanın Dağlıq Qarabağ məsələsinə münasibətində dəyişiklik yoxdur və açıqlaması daha çox müvəqqəti taktiki manevrdir: “Paşinyanın açıqlamasının arxasında dayanan məqam Azərbaycanın yaxın vaxtlarda hərbi əməliyyatlara başlamaq qorxusudur. Bu qorxu Ermənistanı və Paşinyan hökumətini əməlli-başlı sarsıdıb. Hazırda bütün fəaliyyətlər Azərbaycanın bu əməliyyatlarının qarşısını almağa yönəlib. Prezident İlham Əliyevlə üzbəüz görüşmək və Türkiyə ilə sərhədləri açmaq barədə deyilənlər də bu məqsədə xidmət edir. Yəni, Paşinyan müəyyən manevrlər etməklə zaman qazanmaq istəyir. Bu zamanı çox zəif durumda olan və Rusiya tərəfindən dəstəklənməyən Ermənistan hökumətinə vermək olmaz. 25 ildir heç bir nəticə verməyən danışıqlar oyunu bitib və Azərbaycan Ermənistanın zaman qazanmasına heç bir halda razı olmamalıdır. Bu gün konkret nəticələrə söykənən danışıqlara getmək lazımdır. Bu da Azərbaycanın mövqeyi ilə bağlıdır. Azərbaycan cəbhə xəttində güclü ordu və hərbi texnika yerləşdirib. Belə bir halda zəif mövqeyə malik Ermənistan rəhbərliyi ilə danışmaq lazımdır. Paşinyan hökuməti bir tərəfdən korrupsiyaya qarşı mübarizə adı altında Qarabağ klanını sıradan çıxartmağa qərar verib. Qarabağ klanını təyin edən dövlət Rusiyadır. Ter-Petrosyanı devirməklə Qarabağ klanını hakimiyyətə gətirən Rusiya Ermənistanda yeni siyasi-hərbi elita formalaşdırdı. Bu gün Ermənistanda devrilən və həbsə atılan həmin elitadır. Ona görə də Rusiya tərəfdən də Pasinyan hökumətinə çox ciddi təzyiqlər var. Bu da Azərbaycanın mövqelərini gücləndirir. Ona görə də Azərbaycanın yaratdığı hərbi və diplomatik təzyiqlər fonunda danışıqlar aparmağa ehtiyac var”.Cebhe.info Rubrika.az Geri qayıt |