Əsas Səhifə > Hadisə > Zülfüqarlı qardaşlarının zavodunda daha bir ölüm faktı
Zülfüqarlı qardaşlarının zavodunda daha bir ölüm faktı30-07-2018, 21:30 |
![]() Bir neçə gün öncə Baş Prokurorluq Zülfüqarlı qardaşlarına məxsus polad istehsalı üzrə kustar sexdə baş vermiş bədbəxt hadisə barədə məlumat yaymışdı. Elementar təhlükəsizlik qaydalarına riayət edilməməsi ucbatından içərisində yanacaq olan dəmir çən partlamışdı. Hadisə nəticəsində sexin fəhləsi – Masallı rayonunun sakini Ağamalı Qurbanov həlak olmuşdu. Fakt üzrə Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (təhlükəsizlik qaydalarının pozulması üzündən insan ölümü) cinayət işinə başlanıb. Rubrika.az xeber verir ki, Lakin virtualaz.org-a məlum olub ki, bu, həmin sexdə baş vermiş ilk faciəvi hadisə deyil. 20 gün əvvəl armatur istehsalı prosesində fəhlə həlak olub. Armaturun bir hissəsi fəhlənin qarnını cırıb və onu xilas etmək mümkün olmayıb. Rubrika.az Geri qayıt |