Əsas Səhifə > Mədəniyyət > Azərbaycanlı millət vəkili: "Təhsil naziri üzr istəməlidir "
Azərbaycanlı millət vəkili: "Təhsil naziri üzr istəməlidir "31-07-2018, 10:33 |
![]() Təhsil naziri üzr istəməlidir . Rubrika.Az bildirir ki, bunu Güney Azərbaycanın Xoy şəhərinin İran parlamentindəki millət vəkili Tağı Kəbiri ölkənin təhsil naziri Məhəmməd Bəthayinin şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğu barədə işlətdiyi ifadələrə cavab olaraq deyib. “Həssas bir nazirliyə rəhbərlik edən şəxsin ölçüsüz və qeyri-peşəkarcasına açıqlama verib, ana dillərinin tədrisinin qadağan olduğunu bildirməsi böyük təəssüf doğurur. İctimaiyyətin minimum gözləntisi təhsil nazirinin üzr istəməsidir”, - T.Kəbiri bildirib. Qeyd edək ki, iyulun 14-də İranın təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğunu, bu səbəbdən qadağan edildiyini bildirmişdi. Rubrika.Az Geri qayıt |