Əsas Səhifə > Hadisə > Xudat sakininin evindən marixuana aşkarlandı

Xudat sakininin evindən marixuana aşkarlandı


1-08-2018, 19:30
Xudat sakininin evindən marixuana aşkarlandı

Rubrika.az Musavat.com-a istinaden xeber verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan musavat.com-a verilən məlumata görə, iyulun 31-də Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xudat şəhər sakini T.Sultanovaya məxsuz evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkisi və qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə evdən ümumi çəkisi 405 qram olan qurudulmuş marixuana və həyətyanı sahədən hündürlüyü 180 sm olan 1 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. ​Faktla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Rubrika.az
Geri qayıt