Əsas Səhifə > Hadisə > Əfqanıstanda BMT əməkdaşı həlak oldu

Əfqanıstanda BMT əməkdaşı həlak oldu


1-08-2018, 19:46
Əfqanıstanda BMT əməkdaşı həlak oldu

Əfqanıstanda ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanlar arasında BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşı da olub.

Rubrika.az Trend-e istinaden məlumatına görə, bu barədə BMT-nin Əfqanıstana yardım missiyası bildirib.

Qeyd olunur ki, həmin əməkdaşın həyat yoldaşı 3 il əvvəl Kabildə həlak olmuşdu.

Xatırladaq ki, ötən gün Cəlalabad şəhərində qaçqın və miqrantların işi üzrə departamentə hücum nəticəsində 15 nəfər həlak olmuş, 20-dən çox şəxs yaralanmışdı.


Rubrika.az


Geri qayıt