Əsas Səhifə > Hadisə > Xanəndə yol qəzasında ölməyib, qətlə yetirilib – FOTO + YENİLƏNİB

Xanəndə yol qəzasında ölməyib, qətlə yetirilib – FOTO + YENİLƏNİB


1-08-2018, 20:26
Xanəndə yol qəzasında ölməyib, qətlə yetirilib – FOTO + YENİLƏNİB

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub.

Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, Bərdə Rayon Prokurorluğundan “Report”un Qarabağ bürosuna verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub.

Hazərda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Eyni zamanda “Mercedes” markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.

14.44

“Televiziya Muğam Müsabiqəsi”inin iştirakçıları Miryusif Mirizadə və Novruz Hüseynov qəzaya düşüb.

Oxu.Az xəbər verir ki, ağır qəza keçirən xanəndələr vəfat ediblər.

Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Xanəndələrin hər ikisi 2015-ci ildə yayımlanan müsabiqədə iştirak edib.

Xanəndə yol qəzasında ölməyib, qətlə yetirilib – FOTO + YENİLƏNİB

Rubrika.az
Geri qayıt