Əsas Səhifə > Hadisə > Hakerlər Jirinovskini qarət etdilər
Hakerlər Jirinovskini qarət etdilər2-08-2018, 23:54 |
|
Rusiyanın Liberal-demokrat partiyasının (RLDP) sədri Vladimir Jirinovski, onun oğlu, deputat İqor Lebedev və Dövlət Dumasında RLDP fraksiyası sədrinin birinci müavini Vadim Denqin “Lurk” haker qrupu tərəfindən qarət ediliblər. Rubrika.az Oxu.Az -a istinadla xəbər verir ki, müvafiq sənədi hakerlərin vəkili təqdim edib. Hüquq mühafizə orqanlarına yaxın mənbələr haker hücumlarının baş verdiyini təsdiqləyiblər. Nəşr qeyd edir ki, “Lurk” haker qrupunun üzvləri 2016-cı ildə saxlanılıblar. Onlar banklar və kommersiya təşkilatlarından 3 milyard rubl oğurlamaqda ittiham olunurdular. 2017-ci ilin sonlarında isə sözügedən cinayət işi üzrə keçən Konstantin Kozlovski bəyan etmişdi ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə ABŞ-ın Demokrat partiyasının Milli Komitəsinin saytının dağıdılmasında və ölkə prezidentliyinə namizəd Hillari Klintonun şəxsi yazışmalarının mənimsənilməsində iştirak edib. Rubrika.az Geri qayıt |