Əsas Səhifə > Hadisə > Bakıda Fədayə Laçının məhkəməsi başladı

Bakıda Fədayə Laçının məhkəməsi başladı


3-08-2018, 15:36
Bakıda Fədayə Laçının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın və daha 12 nəfərin məhkəməsi başlayıb.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsləri anket məlumatları dəqiqləşdirilir.

Qeyd edək ki, saxlanılan şəxslər CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası başlayıb.

Hazırda proses davam edir.

Rubrika.Az
Geri qayıt