Əsas Səhifə > Hadisə > Azərbaycan Beynəlxalq Bankına daha bir baş direktor təyin edilib

Azərbaycan Beynəlxalq Bankına daha bir baş direktor təyin edilib


3-08-2018, 17:07
Azərbaycan Beynəlxalq Bankına daha bir baş direktor təyin edilib

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) yeni təyinat olub.

Rubrika.Az bildirir ki, bankdan verilən məlumata görə, Nərgizxanım Aqşin qızı Biləndərli qurumun korporativ biznes üzrə baş direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan N.Biləndərli bank sektorunda 1995-ci ildən fəaliyyət göstərir. O, indiyə qədər ABB-də, "Bank of Baku" ASC-də, ləğv prosesində olan "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Müştəri xidməti departamentinin direktoru və İdarə Heyəti sədrinin müavini vəzifələrində, son təyinata qədər isə "Bank VTB (Azerbaijan)" ASC-də çalışıb.

Rubrika.Az
Geri qayıt