Əsas Səhifə > Hadisə > Ayətullah Xamənei Həsən Ruhaninin tələbinə rədd cavabı verib

Ayətullah Xamənei Həsən Ruhaninin tələbinə rədd cavabı verib


3-08-2018, 19:27
Ayətullah Xamənei Həsən Ruhaninin tələbinə rədd cavabı verib


İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei müxalif liderlər - ölkə parlamentinin keçmiş sədri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvinin ev dustaqlığından azad olunmaları ilə bağlı tələbini rədd edib.

Rubrika.az “Report” a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani və Milli Təhlükəsizlik Ali Şurası onların azad edilmələri ilə bağlı ayətulah Xaməneiyə müraciət etmişdi.

İranın ali rəhbəri müraciətə cavab olaraq bildirib: “Ölkədə aradan qaldırılası daha əhəmiyyətli problemlər var. Hökumət və Milli Təhlükəsizlik Ali Şurası bu problemlərin təqibçisi olmağı istəməlidir”.

Qeyd edək ki, Mehdi Kərrubi və Mirhüseyn Musəvi 2009-cı ildə keçirilən prezident seçkisində namizəd olublar. Onların tərəfdarları seçkinin saxtalaşdırılmasına etiraz olaraq aksiya keçirmişdi. Hakimiyyətiçi bu xəttə “Yaşıllar hərəkatı” deyirdilər. 2011-ci ildən indiyədək Mehdi Kərrubi, Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rahnəvərd heç bir məhkəmə olmadan ev dustağıdır.

Onların azadlığa buraxılması Həsən Ruhaninin seçki proqramında öz əksini tapmışdı.


Rubrika.az
Geri qayıt