Əsas Səhifə > Müsahibə > Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib4-08-2018, 13:35 |
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı Prezidenti Vladimir Putinə başsağlığı verib. Rubrika.Az Trend-ə istinadla xəbər verir ki, dövlət başçısının məktubunda deyilir: "Hörmətli Vladimir Vladimiroviç. “Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndi. Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm". Rubrika.Az Geri qayıt |