Əsas Səhifə > Hadisə > Körpənin uşaq bağçasından qaçışı - VİDEO

Körpənin uşaq bağçasından qaçışı - VİDEO


4-08-2018, 21:37
Körpənin uşaq bağçasından qaçışı - VİDEO

Rusiyanın Voloqda şəhərində 1,5 yaşlı körpə uşaq bağçasını tərk edib, tərbiyəçilərin isə bundan xəbəri olmayıb.

Rubrika.az Oxu.Az-a istinaden xəbərinə görə, müşahidə kamerlarının qeydə aldığı görüntülərdə körpənin uşaq bezində binanı tərk etdiyi və avtomobil yolunda gəzişdiyi əks olunub.

Uşaq yoldan keçən qadının diqqətini cəlb edib və o, yaxınlıqdakı digər bağçaya müraciət edib.

Yalnız əməkdaşların uşağın tərk etdiyi bağçaya zəng etməsindən sonra tərbiyəçilər əl-ayağa düşüblər. Maraqlıdır ki, həmin ana qədər heç kim uşağı axtarmayıb.

Hazırda İstintaq komitəsi və prokurorluq araşdırma aparır. Uşağı gözdən qoyan tərbiyəçi işdən azad edilib.



Rubrika.az
Geri qayıt