Əsas Səhifə > Hadisə > Masallıda ağacın kottecin üzərinə aşması nəticəsində xəsarət alan qadın ölüb - YENİLƏNİB

Masallıda ağacın kottecin üzərinə aşması nəticəsində xəsarət alan qadın ölüb - YENİLƏNİB


4-08-2018, 23:26
Masallıda ağacın kottecin üzərinə aşması nəticəsində xəsarət alan qadın ölüb - YENİLƏNİB

Masallı rayonunda bədbəxt hadisə nəticəsində xəsarət almış qadın dünyasını dəyişib.

Rubrika.az "Report"a istinaden xəbər verir ki, istirahət mərkəzində irigövdəli ağacın kottecin üzərinə aşması nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı xəstəxanada keçinib.

Hadisə bu gün Masallı-Yardımlı şosesinin 13-cü kilometrliyində, Masallı rayonu ərazisində yerləşən istirahət mərkəzində baş verib. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Kottecdə xilasedicilər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanan S.Mirzəyeva "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. İlkin müayinə zamanı qadının huşsuz vəziyyətdə olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

****

Masallıda istirahət mərkəzində ağac kottecin üzərinə aşıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı şosesinin 13-cü kilometrliyində, Masallı rayonu ərazisində yerləşən istirahət mərkəzində irigövdəli ağacın kottecin üzərinə aşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Kottecdə xilasedicilər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanan 1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı hadisə yerində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

İlkin müayinə zamanı S.Mirzəyevanın huşsuz vəziyyətdə olduğu müəyyən edilib. Əməliyyat başa çatıb.


Rubrika.az
Geri qayıt