Əsas Səhifə > Hadisə > Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı
Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı6-08-2018, 13:20 |
|
Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində baş vermiş avtomobil qəzası səbəbindən ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Rubrika.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədlərinin təmirinə bu gün 11:00-dan başlanılıb. Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılıb. Digər zolaqlarda hərəkət davam edir. İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq. Rubrika.az Geri qayıt |