Əsas Səhifə > Hadisə > Poroşenko: "Ukraynanın əsas məqsədi NATO-ya üzv olmaqdır"

Poroşenko: "Ukraynanın əsas məqsədi NATO-ya üzv olmaqdır"


6-08-2018, 19:41
Poroşenko: "Ukraynanın əsas məqsədi NATO-ya üzv olmaqdır"

Ukraynanın əsas məqsədi NATO-ya üzv olmaqdır və ölkəm Avro-Atlantik inteqrasiyanın uğuruna inanır.

Rubrika.az AZƏRTAC-a istinaden xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Ukrayna prezidenti Petro Poroşenko deyib.

P.Poroşenko bildirib ki, NATO-nun son zirvə toplantısı bu qurumun Ukraynaya qapılarının açıq olduğunu təsdiqlədi.

"Ukrayna NATO-ya üzv olmaq üçün institusional, siyasi və iqtisadi islahatları və modernləşdirilməni davam etdirəcək. Mən NATO-nun Avro-Atlantik məkana inteqrasiyasına ona görə inanıram ki, xalq bu siyasəti dəstəkləyir”, - deyə Poroşenko əlavə edib.

Rubrika.az
Geri qayıt