Əsas Səhifə > Hadisə > Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada ölüb
Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada ölüb7-08-2018, 10:38 |
![]() Gədəbəy rayonunda oğlu tərəfindən döyülən kişi xəstəxanada ölüb. Rubrika.Az-ın “Report”un Qərb bürosuna istinadən verdiyi məlumata görə, bir müddət əvvəl rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov sərxoş vəziyyətdə olan oğlu tərəfindən döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlarla baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədhəsənovun ölümündə şübhəli bilinən oğlu Yaşar Məmmədhəsənov saxlanılılb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Rubrika.Az Geri qayıt |