Əsas Səhifə > Müsahibə > XİN: İndoneziyadakı zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

XİN: İndoneziyadakı zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur


7-08-2018, 11:47
XİN: İndoneziyadakı zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verib.

Rubrika.Az Trend-ə istinadən bildirir ki, başsağlığı Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.

Başsağlığında deyilir: "Lombok adasında baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq".

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Rubrika.Az
Geri qayıt