Əsas Səhifə > Siyasət > Erməni politoloq: "ABŞ-ın İrana sanksiyalarından ən çox ziyan çəkən Ermənistan olacaq"
Erməni politoloq: "ABŞ-ın İrana sanksiyalarından ən çox ziyan çəkən Ermənistan olacaq"8-08-2018, 18:29 |
![]() ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan bölgədə yerləşən ölkələrin sabitliyinə, təhlükəsizliyinə mənfi təsir edəcək. Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, bunu erməni ekspert Karen Veranyan “novosti-armeniya”ya açıqlamasında deyib. Erməni politoloqun fikrincə, indiki məqamda bu sanksiyalrdan iqtisadi cəhətdən daha çox ziyan çəkən Ermənistan olacaq: “Belə ki, ABŞ-ın İrana qarşı tətəbiq etdiyi snaksiyalar ikimərhələli olduğunu nəzərə almaq lazımdır. Birincisi, maşınqayırma və İKT sahəsində çalışan şirkətlərə aid edilir. İkinci sanksiya bloku qaz və neft bazarı ilə bağlıdır. Bu daha mühüm əhəmiyyət kəsb edir. Düzdür, bu sahəyə tətbiq edilən sanksilayar bizi o qədər də narahat etmir”. Bununla yanaşı, erməni ekspert bildirib ki, ABŞ-ın sanksiyalarının tətbiqi zamanı Ermənistanla İran arasındakı ticarət dövriyyəsinə mütləq mənfi təsir edəcək: “Bu sanksiyaların tətbiqi zamanı təkcə İran ərazisində fəaliyyət göstərən şirkətlərə yox, həmçinin digər ölkələrdə fəaliyyət göstərən və bu ölkə ilə əlaqəsi olan şirkətlərə şamil ediləcək”. Erməni ekspert bu sanksiyaların Ermənistana mənfi təsir edəcəyi digər bir məqamı da xatırladıb. “Bu sanksiyalar “Mehri” azad iqtisadi zonasına mənfi təsir göstərəcək. Çünki bu iqtisadi zonanın ticarət dövriyyəsi daha çox İranla Ermənistan arasında əlaqələrin inkişaf etdirilməsindən asılı olacaq. Bu iqtisadi zonada erməni şirkətlərlə yanaşı İran şirkətləri fəaliyyət göstərir. Sanksiyalar həmçinin Mehridə İranla birgə tikilən Su Elektrik Stansiyasının tikintisinə də mənfi təsir edəcək”. Rubrika.az Geri qayıt |