Əsas Səhifə > Hadisə > Bu gün qızıl-gümüş bazarı bahalaşıb
Bu gün qızıl-gümüş bazarı bahalaşıb9-08-2018, 07:36 |
|
Azərbaycanda qızıl və gümüşün qiymətləri bahalaşıb. Rubrika.Az-ın Trend-ə istinadla məlumatına görə, avqustun 8-də qızılın qiyməti avqustun 7-i ilə müqayisədə 4,8195 manat artaraq 1 troy unsiyası üçün 2062,848 manat təşkil edib. Gümüş 0,1156 manat bahalaşaraq 1 unsiya üçün 26,2166 manata bərabər olub. Trend-ə görə, platinin qiyməti 6,613 manat artaraq 1412,326 manat, palladiumun qiyməti isə 4,5135 manat artaraq 1551,573 manat təşkil edib. Geri qayıt |