Əsas Səhifə > Müsahibə > MN: Azərbaycan Ordusunun mövqelərində partlayış baş verməsi ilə bağlı Ermənistan KİV-də yayılmış xəbər təxribatdır

MN: Azərbaycan Ordusunun mövqelərində partlayış baş verməsi ilə bağlı Ermənistan KİV-də yayılmış xəbər təxribatdır


9-08-2018, 07:45
MN: Azərbaycan Ordusunun mövqelərində partlayış baş verməsi ilə bağlı Ermənistan KİV-də yayılmış xəbər təxribatdır

Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib.

Rhbrika.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib.

Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".

Rubrika.Az
Geri qayıt