Əsas Səhifə > Hadisə > Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir - ŞƏRH

Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir - ŞƏRH


9-08-2018, 07:55
Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir - ŞƏRH

.İnsan hüquqları, eləcə də, iqtisadi münasibətlər sistemində mülkiyyət hüququ əsas yer tutur. Roma hüquq sistemindən indiyədək mülkiyyət hüququ fundamental hüquq kimi tanınır.
Mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir.

Müvafiq beynəlxalq sənədlərə görə, bütün insanların mülkiyyəti toxunulmazdır və əgər bu toxunulmazlıq pozularsa, o zaman dövlət bu hüququn bərpa edilməsini təmin etməlidir. Azərbaycanda mülkiyyət münasibətləri Azərbaycanın Konstitusiyası, müvafiq qanunları ilə, digər normativ aktlarla, eləcə də, dövlətlərarası müqavilələrlə tənzimlənir.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı millət vəkili Əli Məsimli dilə gətirib.

Rubrika.Az
Geri qayıt