Əsas Səhifə > Hadisə > Paytaxtın Nəsimi rayonunda yanğın baş verib
Paytaxtın Nəsimi rayonunda yanğın baş verib9-08-2018, 19:53 |
|
Avqustun 9-da paytaxtın Nəsimi rayonunda yanğın baş verib. Rubrika.az AZƏRTAC -a istinaden xəbər verir ki, hadisə Şəmsi Bədəlbəyli küçəsi 94 ünvanında yerləşən binada qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğın bölmələri cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində binanın yuxarı mərtəbəsindəki mənzillərdən birinin bir otağı yararsız vəziyyətə düşüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Rubrika.az Geri qayıt |