Əsas Səhifə > Dünya > ABŞ-Türkiyə görüşü ilə bağlı müəmmalı açıqlama

ABŞ-Türkiyə görüşü ilə bağlı müəmmalı açıqlama


11-08-2018, 10:10
ABŞ-Türkiyə görüşü ilə bağlı müəmmalı açıqlama

Türkiyə ilə geniş münasibətimiz var və onlarla bu məsələləri hər görüşümüzdə danışırıq.

Rubrika.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert söyləyib.

"İki ölkə arasındakı problemlərin həlli üçün ABŞ-a gələn nümayəndə heyəti ilə geniş danışıqlar aparıldı. Keşiş Endryu Bransonun evə qayıtması tələbi birmənalı şəkildə edildi. Bu danışıqların bir qismini ictimaiyyətlə açıq şəkildə müzakirə etməyəcəyik. İrəliləyiş olaraq Bransonun geri qayıtmasını görürük", - Noyert söyləyib.

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Türkiyə nümayəndə heyəti artıq Ankaraya geri dönüb.

Rubrika.Az
Geri qayıt