Əsas Səhifə > Mədəniyyət > Bakıda restoranda silahlı insident baş verib: Ölən və yaralanan var - FOTO, VİDEO (YENİLƏNİB)
Bakıda restoranda silahlı insident baş verib: Ölən və yaralanan var - FOTO, VİDEO (YENİLƏNİB)10-08-2018, 14:56 |
![]() Bakının Sabunçu rayonunda silahlı insident baş verib. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili Qoşunların əməkdaşları cəlb olunub. Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. *** Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub. Sabunçu Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur. Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb. Rubrika.Az Geri qayıt |