Əsas Səhifə > Hadisə > Trampdan Türkiyəyə ağır zərbə
Trampdan Türkiyəyə ağır zərbə10-08-2018, 18:43 |
|
ABŞ prezidenti Donald Tramp öz Twitter-də bəyan edib ki, Türkiyədən alüminium və polad idxalına rüsumları müvafiq olaraq, 20 və 50%-dək artırır,Rubrika.az Oxu.Az -a istinaden xəbər verir. “Mən indicə Türkiyədən polad və alüminium idxalına rüsumların artırılmasını təqdir etdim, eyni zamanda onların valyutası bizim güclü dollarla müqayisədə çox ucuzlaşır. İndi alüminium üçün rüsum 20%, polad – 50% təşkil edəcək. Türkiyə ilə münasibətlərimiz o qədər də yaxşı deyil”, - deyə, Tramp yazıb. Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ölkəsinə qarşı hücumların “ölkələr arasında münasibətlərə zərbə vurduğunu və bərpa olunması qeyri-mümkün bir həddə çatdırdığını” bəyan etmişdi. “Sizinlə dollar, bizimlə isə Allah var”, - deyə, türk lider bildirmişdi. Ərdoğan Türkiyənin ticarət müharibəsini uduzmayacağını bildirərək, vətəndaşları ölkəyə iqtisadi müharibə elan edənlərə cavab vemrək üçün xarici valyutanı türk lirəsinə dəyişməyə səsləyib. Rubrika.az Geri qayıt |