Əsas Səhifə > Hadisə > Lukaşenko Rusiyanı barbar münasibətdə ittiham etdi
Lukaşenko Rusiyanı barbar münasibətdə ittiham etdi10-08-2018, 21:06 |
|
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya rəhbərliyini Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində öhdəliklərini yerinə yetirməməkdə, barbar münasibətdə və qeyri-sağlam rəqabət şəraiti yaratmaqda ittiham edib. Bu barədə Rubrika.az Oxu.Az-a istinadla xəbər verir. “Biz indi ağır dövr yaşayırıq – rusiyalılar bizə qarşı barbarcasına davranırlar, bunu açıq söyləyirəm”, - Lukaşenko deyib. Onun sözlərinə görə, Rusiya tərəfi Belarusdan nə isə tələb etdikdə, bunu sanki nökərindən istəyir, halbuki özü, rəqabətsizlik şəraiti yaradaraq, Aİİ çərçivəsində öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. O həmçinin qeyd edib ki, Rusiya hökuməti öz növbəsində Qərb ölkələrini rəqabətsiz üstünlük yaratmaqda ittiham edir. Rubrika.az Geri qayıt |