Əsas Səhifə > Hadisə > Sumqayıtda 7 nömrəli marşurut zəncirvari qəza törədib, yaralılar var
Sumqayıtda 7 nömrəli marşurut zəncirvari qəza törədib, yaralılar var10-08-2018, 22:21 |
![]() Sumqayıt şəhərində sərnişin avtobusunun zəncirvari qəzası 3 nəfəri xəstəxanalıq edib. Rubrika.az Reportun yerli bürosu-na istinaden verdiyi məlumata görə, hadisə 2-ci məhəllə ərazisində baş verib. Belə ki, Sumqayıtda sərnişin daşıma ilə məşğul olan 7 nömrəli marşurut, idarəetməni itirərək, KİA və Hundai markalı minik avtomobillərinə dəyərək, zəncirvari qəza törədib. Nəticədə minik avtomobillərində olan şərnişinlər 1980-ci il təvəllüdlü Məmmədov Anar Zahid oğlu, 1993-cü il təvəllüdlü Həsənova Nigar Əmirəhməd qızı və 1993-cü il təvəllüdlü Həsənova Zərifə Cəbrayıl qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Məlumata görə, hər üç yaralının vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |