Əsas Səhifə > Hadisə > Keçmiş nazir Adnan Oktar tərəfindən təhdid olunmasından danışdı

Keçmiş nazir Adnan Oktar tərəfindən təhdid olunmasından danışdı


11-08-2018, 15:57
Keçmiş nazir Adnan Oktar tərəfindən təhdid olunmasından danışdı

”Oğlumun, qızımın telefonlarını, ünvanlarını əzbər dedilər və..”

Türkiyədə Adnan Oktar və onun dəstəsinin əməlləri ilə bağlı ortaya yeni detallar çıxıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, A.Oktarın və onun adamlarının vəzifəli şəxsləri necə təhdid etdiyi məlum olub.

Türkiyə Oktar Babuna adını 1999-cu ildə ilik köçürməsi kampaniyası ilə eşitdi. Xərçəng olduğu qəzetlərə verilən elanlarla çatdırılan Oktar Babuna üçün atası professor Cavad Babuna ilik tapılması məqsədilə böyük bir kampaniya başlatmışdı. Türkiyə xüsusən də böyük şəhərlərdə təşkil edilən kampaniyaya böyük dəstək verib. Amma toplanan 160 min qan nümunəsindən 120 min nümunə qanın Amerikaya göndərildiyi ortaya çıxıb. Nümunələrin göndərilməsinə etiraz edələrən biri də MHP üzvü olan sabiq səhiyyə naziri Osman Durmuş idi.

Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, həmin dönəmdə Durmuş A.Oktar qrupu tərəfindən necə təhdid edildiyini detallarla açıqlayıb. Durmuş "Qanın göndərilməsi, genetik şifrəmizin açılması baxımdan strateji təhlükə təşkil edir” demişdi.

A.Oktar qrupuna qarşı əməliyyatın ardınca Durmuş Oktar Babunanın bacııları tərəfindən təhdid edildiyini açıqlayıb. O, təhdid hadisəsini aşağıdakı kimi danışıb: “Bir gün Oktar qrupundan bəzi insanlar bir nazir dostumuzun sayəsində Məclisə gəldilər, gəzə-gəzə çəkilişlər etdilər. Onlar bu şəkildə, dolayı yolla da olsa, məni təhdid edirdilər. Onlar mənə mesaj verdilər ki, lazım olsa, Məclisə girər, görüntülər çəkərlər”.

Sabiq nazir deyib ki, təhdidlər daha sonra açıq şəkildə davam edib: “Bir gün həyat yoldaşımla Ankarada “Angora” şirniyyat evində oturmuşduq. Cavad Babuna və iki qızı yanımıza gəldi, bizimlə söhbət etməyə başladılar. Bu zaman mən onlara Oktar Babuna haqqında kitab yazacağımı dedim. “Biz də sizinlə bağlı kitab yazarıq” dedilər. “Nə yazacaqsınız” deyə soruşanda qəribə şəkildə şantaj etdilər. Qızımın, oğlumun ev ünvanlarını, telefonlarını dedilər. Həyat yoldaşım da bu söhbətdən sonra çox narahat oldu. Kitab yazacağım halda, haqqını halal etməyəcəyini dedi və mən də kitab yazmaqdan vaz keçdim”.

“Kasetlə şantaj edirdilər”

Durmuş sözlərinə aşağıdakı kimi davam edib: “Adnan Oktar qrupuna bir çox insan yardım edirdi. İstər siyasətçilər, istərsə də dövlətin içindəki bəzi qurumlardan dəstək aldıqları görünürdü. Bu qrupun əlində “sosyete” (varlı təbəqənin insanları) deyə tanınan insanların uşaqlarına aid kasetlər vardı. Milləti bu şəkildə təhdid edirdilər. Oğlu və qızları sonradan Cavad Babunanın özünü də təhdid edirdi”.

Rubrika.Az
Geri qayıt