Əsas Səhifə > İdman > “Neftçi” Premyer Liqanın açılış oyununda qalib gəldi
“Neftçi” Premyer Liqanın açılış oyununda qalib gəldi11-08-2018, 23:22 |
|
Avqustun 11-də Azərbaycan Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünə start verilib. Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, yeni mövsümün açılış matçında “Sumqayit” klubu doğma meydanda - “Kapital Bank Arena”da “Neftçi” komandasını qəbul edib. Oyunda hesabı qonaqlar açıblar. Matçın 27-ci dəqiqəsində cinah ötürməsini “Neftçi”nin heyətində Mirabdulla Abbasov başla dəqiq tamamlayıb - 0:1. Qarşılaşmanın 66-cı dəqiqəsində sumqayıtlıların oyunçusu Vurğun Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Azlıqda qalan Sumqayıt təmsilçisi matçın 72-ci dəqiqəsində qapısında ikinci topu görüb. Emin Mahmudov hesab arasındakı fərqi artırıb - 0:2. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və “Neftçi” yeni mövsümə qələbə ilə başlayıb. Avqustun 12-də “Qəbələ” ilə “Səbail”, “Keşlə” və “Sabah” komandaları qarşılaşacaqlar. “Qarabağ” - “Zirə” qarşılaşması ağdamlıların avrokuboklarda iştirakı ilə əlaqədar sentyabrın 29-da oynanılacaq. Rubrika.az Geri qayıt |