Əsas Səhifə > Hadisə > Bakıda intiharın qarşısı alınıb

Bakıda intiharın qarşısı alınıb


13-08-2018, 18:35
Bakıda intiharın qarşısı alınıb

Bakıda intihar etmək istəyən kişi xilas edilib.

Rubrika.az xeber verir ki, FHN-dən "Report"a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər kişi inzibati binanın 3-cü mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatmışdır.


Rubrika.az

Geri qayıt