Əsas Səhifə > Hadisə > İndoneziyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 430 nəfəri keçib
İndoneziyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 430 nəfəri keçib13-08-2018, 18:40 |
![]() İndoneziyada avqustun əvvəllərində baş verən güclü silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 436 nəfərə çatıb. Rubrika.az AZƏRTAC-a istinaden xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsinə (BNPB) istinadla məlumat yayıb. BNPB-dən bildirilib ki, zəlzələ nəticəsində 1353 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 67 mindən artıq ev dağılıb. Ümumilikdə 387 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb. Xəbər verdiyimiz kimi, avqustun əvvəllərində Lombok adasında güclü silsilə zəlzələlər qeydə alınıb. Rubrika.az Geri qayıt |