Əsas Səhifə > Hadisə > Almaniyada qaçqınlara hücumların sayı azalıb
Almaniyada qaçqınlara hücumların sayı azalıb13-08-2018, 23:16 |
![]() Cari ilin birinci yarısında Almaniyada qaçqınlara və onların yerləşdirildiyi yataqxanalara hücumların sayı xeyli dərəcədə azalıb. Almaniya DİN-in məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkədə, ümumiyyətlə, bu qəbildən 704 hücum, o cümlədən insanlara 627, yataqxanalara 77 hücum faktı qeydə alınıb. Rubrika.az AZƏRTAC -a istinadla xəbər verir ki, müvafiq hadisələr nəticəsində 120 nəfər yaralanıb. Bu məlumatlar Bundestaqda Solçular partiyası fraksiyasının sorğusuna qurumun cavabı olub. Nəşrlərdə, həmçinin 2017-ci ildə qaçqınlara və onların müvəqqəti məskunlaşdığı mərkəzlərə 2200-dən çox, 2016-cı ildə isə 3500-dən çox hücum faktlarının qeydə alındığı bildirilir. Nazirlik bu hücumlar sırasında bədənə xəsarət yetirilməsi, yanğın törədilməsi, əmlaka ziyan vurulması, millətlərarası ədavətin qızışdırılması və təhqiretmə hallarını göstərir. Rubrika.az Geri qayıt |