Əsas Səhifə > Hadisə > Qaradağda ölümlə nəticələnən yol qəzası olub

Qaradağda ölümlə nəticələnən yol qəzası olub


14-08-2018, 11:20
Qaradağda ölümlə nəticələnən yol qəzası olub

Qardağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə avqustun 13-də saat 16 radələrində rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə onun sərnişini - həyat yoldaşı Elza Hüseynova hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt