Əsas Səhifə > Hadisə > Genuyada körpünün uçmasının səbəbi açıqlanıb - YENİLƏNİB - FOTO
Genuyada körpünün uçmasının səbəbi açıqlanıb - YENİLƏNİB - FOTO14-08-2018, 22:44 |
|
İtaliyanın Genuya şəhərində körpünün uçmasının səbəbib açıqlanıb. Rubrika.az Trend-ə istinadən bildirir ki, İtaliyanın nəqliyyat və infrastruktur naziri bildirib ki, körpünün uçmasına səbəb bu infrastruktur obyektinə lazımi xidmətin göstərilməməsi olub. Onun sözlərinə görə, körpünün uçmasına görə məsuliyyət daşıyan konkret şəxslərdən danışmaq üçün hələki tezdir. Qeyd edək ki, İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində 35 nəfər həlak olub, ən azı 10 nəfər itkin düşüb, 13 nəfər yaralanıb. 20:02 İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində ölənlərin sayı 35-ə çatıb. Milli.Az Trend-ə istinadən bildirir ki, İtaliya milli mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli qeyd edib ki, ən azı 10 nəfər itkin düşüb, 13 nəfər yaralanıb. Hazırda hadisə yerində xilasedicilər işləyir. Qeyd edək ki, bu gün Genuya şəhəri yaxınlığında 200 metr uzunluğunda avtomobil körpüsü uçub. Hadisə zamanı körpünün uçan hissəsində 20-yə yaxın avtomobil olub. *** İtaliyanın Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb. Milli.Az bildirir ki, bu barədə məlumat ölkənin daxili işlər naziri və Baş nazirin müavini Matteo Salvininin bəyanatında əksini tapıb. O, həmçinin faciə nəticəsində çox sayda insanın xəsarət aldığını bildirsə də, onların sayını dəqiqləşdirməyib. Hazırda hadisə yerində xilasetmə əməliyyatları davam edir, yaralılar dağıntılar altından çıxarılaraq xəstəxanalara göndərilir. Mülki Müdafiə Departamentinin məlumatına əsasən, insident nəticəsində azı 10 nəfər itkin düşüb. Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi 200 metr uzunluğunda körpü uçub. İtaliya KİV-lərinin məlumatına əsasən, faciə zamanı körpünün dağılan hissəsində 20-yə yaxın nəqliyyat vasitəsi olub. 18:25 İtaliyanın Genuya şəhərində körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur. Milli.Az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə deyib ki, həlak olan və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb. Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi ilə mütəmadi əlaqə yaradılır. Qeyd edək ki, Genuyada körpünün bir hissəsinin dağılması nəticəsində 22 nəfər həlak olub, 13 nəfər yaralanıb. Rubrika.az Geri qayıt |