Əsas Səhifə > İdman > “Qarabağ” ÇL-də mübarizəni dayandırdı
“Qarabağ” ÇL-də mübarizəni dayandırdı14-08-2018, 23:27 |
|
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Rubrika.az Oxu.Az-a istinaden xəbərinə görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub. Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. Lakin çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməyib. Oyun 1:1 hesabı ilə nəticələnib və ağdamlılar ÇL-də mübarizəni dayandırıblar. Ağdamlılar mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək. “Qarabağ” klubunun rəqibi play-off mərhələsində “Şerif” (Moldova) - “Valur” (İslandiya) duelinin qalibi olacaq. Rubrika.az Geri qayıt |