Əsas Səhifə > Hadisə > Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb14-08-2018, 23:30 |
|
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır. Rubrika.az xeber verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 13-də 73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 13-də 69,57 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,37 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 13-də 70,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır. Rubrika.az Geri qayıt |