Əsas Səhifə > Hadisə > Bakıda qazanxananın tüstü bacasından özünü atmaq istəyən şəxslər xilas edilib
Bakıda qazanxananın tüstü bacasından özünü atmaq istəyən şəxslər xilas edilib15-08-2018, 22:40 |
![]() Bakı şəhərinin Səbail rayonunda 4 nəfər qazanxananın tüstü bacasına çıxaraq intihara cəhd ediblər. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar. Əməliyyat başa çatıb. Rubrika.az Geri qayıt |